“Gənclər Paytaxtı” necə təyin edilir?
“Gənclər Paytaxtı” layihəsi Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.5.5. yarımbəndinə müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir.
Layihəyə görə 2 fevral Gənclər Günü ərəfəsində “www.genclerpaytaxti.az” saytında keçirilən səsvermənin nəticəsinə uyğun olaraq, qalib gələn Azərbaycanın bir rayonu və ya şəhəri həmin ilin “"Gənclər Paytaxtı” seçilir. Müsabiqəyə qoşulmaq isə, rayonların Gənclər İdarələri tərəfindən könüllü müraciətlər əsasına aparılır.
2012-ci ildə Gəncə şəhəri Azərbaycanın ilk Gənclər Paytaxtı seçilib və bu şəhər ölkənin gənclər şəhəri kimi bu sahədə fəal iştirak etməyə başlayıb. Bu müddət ərzində şəhərdə gənclərlə bağlı bir sıra yerli layihələrlə yanaşı, xarici layihələrin də keçirilməsinə şərait yaradılıb. Elə bu faəlliğa görə, Gəncə 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına da layiq görülmüşdü.
Gəncləri unudan “Gənclər Paytaxtı”...
2013-cü ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq isə, səslərin 36 faizini toplayan Biləsuvar rayonu Azərbaycanın "Gənclər Paytaxtı" seçilib.
AZXEBER.COM portalı olaraq məsələnin rəsmi tərəfindən daha çox, bu şəhərlərin doğurdanmı “Gənclər Paytaxtı” adına layiq olub-olmamasını ictimai rəylə öyrənməyə çalışdıq.
Əslində 2013-cü ildə Biləsuvar rayonunun “Gənclər Paytaxtı” seçilməsi heç də təsadüfi deyilmiş. Belə ki, gənclər sektorunda fəal olan bir sıra gəncin sözlərinə, Biləsuvarın məhz 2013-cü ildə Azərbaycanın sayca ikinci “Gənclər Paytaxtı” seçilməsi məhz Milli Qəhrəman Mübariz İbrahimovun əslən Biləsuvar rayonundan olması ilə əlaqədar imiş.
Araşdırmalarımız nəticəsində, bizə aydın oldu ki, Gəncədən fərqli olaraq Biləsuvar rayonunun bu ada layiq görülməsindən sonra rayonda gənclərlə bağlı demək olar ki, heç bir iş görülməyib.
“Gənclər Paytaxtı”ndan xəbərsiz Biləsuvar Rayon İcra Hakimiyyəti...
Biləsuvar Rayonun 2013-cü ildə “Gənclər Paytaxtı” olmasına baxmayaraq, bu sahədə göstərdiyi passivlik Rayon icra hakimiyyətinin (bilesuvar-ih.gov.az) fəaliyyətində də öz əksini tapıb. İcra hakimiyyətinin elektron ünvanına nəzər saldıqda ümumiyyətlə bu rayonun “Gənclər Paytaxtı” olub-olmaması da müəmmalı qalır.
Çünki İcra Hakimiyyətinin saytında Biləsuvar rayonunda gənclərlə bağlı yalnız bir elmi-praktik konfransın (Red:“Firavan həyat-Biləsuvar Gəncliyi” devizi altında “Ümummilli liderin Azərbaycan Gəncliyinə bəxş etdiyi firavan həyat” mövzusunda elmi-praktik konfrans) keçirildiyi qeyd olunub. Bundan başqa isə rayonda heç bir tədbir baş tutmayıb
Mətbuatda çıxan xəbərlərə nəzər yetirdikdə də, analoji halla qarşılaşmaq mümkündür. Demək olar ki, bir il ərzində rayonda gənclərlə bağlı azsaylı tədbirlərin keçirilməsi və azsaylı tədbirlərin mətbuatda işıqlandırılmaması bir sıra sualları ortaya çıxardır.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rüstəmovun da adına mətbuatda rast gəlinmir. “Gənclər Paytaxtı”nın gənclər idarəsinin rəisinin səssizliyi rayonda da birmənalı qarşılanmır. Rayonla əlaqəsi olan gənclər təşkilatlarının rəhbərləri deyir ki Aqşin Bağırov rayonda tədbir keçirməyin əleyhinədir.
Maraqlıdır ki Biləsuvarda gəncləri yaddan çıxaran təkcə icra hakimiyyəti və gənclər idarəsi deyil. Rayondan deputat seçilən Xanhüseyn Kazımlı da gəncləri unudan deputatlardandır. O bu günə qədər gənclərə yad münasibətilə “fərqlənib”.
Sonda onu da qeyd edək ki, 2014-cü ilin "Gənclər Paytaxtı" Quba şəhəri seçilib. Ümid edək ki, Qubanın aidiyyatı qurumları Biləsuvarlı həmkarlarının səhvlərini təkrarlamayacaqAZXEBER.COM