Gənclərimiz beynəlxalq tələbə mübadilə proqramında iştirak ediblər - FOTOLAR

GƏNCLİK
22:00 20.02.2024
3620
Azərbaycan Maarifçilər Assosiasiyasının "Təhsil Könüllüləri- Tələbə İnkişaf Proqramının” bir qrup aktiv üzvü 11-17 fevral tarixlərində İstanbulda keçirilən "Different Words – Common Feelings” ( "Fərqli sözlər – Eyni Hisslər” ) adlı "Erasmus+” beynəlxalq tələbə mübadilə proqramında iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Univeristeti, Azərbaycan Texniki Univeristeti və Azərbaycan Milli Aviasiya Akademiyasından olan gənclərimiz Türkiyə, Çex Respublikası, Bolqarıstan, Macarıstandan olan həmyaşıdları ilə bir həftə ərzində müxtəlif təlim və dərnəklərdə iştirak ediblər.

Gənclərimiz mübadilə proqramı ərzində ebru sənəti, qədim türk oxçuluq sənəti, türk milli rəqsləri, müxtəlif ölkələrin milli oyunlarını öyrənmək və türk milli yeməklərini hazırlamağı öyrəniblər. Proqram çərçivəsində İstanbulun tarixi yerlərinə də səfərlər təşkil edilib. Ümumilikdə 6 ölkədən 30 nəfər gəncin iştirak etdiyi mübadilə proqramının sonunda iştirakçılara Avropa İttifaqının "Erasmus+” proqramından sertifikat verilib.

Proqramın ikinci hissəsi iyun ayında Çex Respublikasında keçiriləcəkdir. Layihənin məqsədi gəncləri müxtəlif mədəniyyətlərlə tanış etmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə şəbəkələşmə, təcrübə və fikir mübadiləsi aparmaq üçün imkan yaratmaqdır. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 12000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. 
Təşkilatda "Təhsil Könüllüləri” Tələbə İnkişaf Proqramı ilə yanaşı, "AKİN- Akademik İnkişaf” Müəllim İnkişaf Proqramı, "Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi və digər proqramlar aktiv şəkildə fəaliyyət göstərir.

Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq