Polis tədbirə mane olub, saxlanılanlar var.
ADNA-da törədilən terror aktının ildönümü ilə əlaqədar gənclər akademiyanın binası qarşısında anım tədbiri keçirməyə çalışıblar.Polis əməkdaşları aksiyanın qarşısını alıblar. Polis Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbəri və AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlını saxlayıb.ADNA-nın qarşısında aksiya keçirə bilməyən gənclər Dənizkənarı Milli Parka doğru yürüş ediblər. Gənclər bulvarda bu gün keçirilməsi planlaşdırılan konsertin səhnəsi önünə qərənfillər qoyaraq aksiyanı yekunlaşdırıblar. (ANSPRESS)
AZXEBER.COM "musavat.com"a istinadən yürüyüşdən çəkilən fotoları təqdim edir.