Gənclərin diqqətinə! IB Club-da Marketinq Dərsləri keçiriləcək

GƏNCLİK
20:00 25.01.2012
1843

"IB Training Alliance" Təlim məşq və Şəxsi İnkişaf Mərkəzi təqdim edir IB Clubun mətbuat xidmətindən AZXEBER.COM-a veriən məlumata görə, çox saylı müraciətləri nəzərə alaraq IB Club "Marketinq Dərslərinə" yenidən start verib. Cəmi 3 ay ərzində marketinqlə bağlı lazımı bütün informasiyanı alacaq, özünüzü inkişaf etdirmək imkanı əldə edəcəksiniz.

Siz…. Marketinq nədir bilmirsiniz? Marketoloq kimdir? Gələcəkdə marketoloq olmaq istəyirsiniz, amma məlumatınız azdır? Marketoloqun işi təkcə reklam deyilsə bəs nədir? Biznesiniz var, amma reklamı yoxdur və necə etməli olduğunuzu bilmirsiniz? Bu və digər marketinqlə bağlı bütün sualların cavabını təcrübəli təlimçilər tərəfindən eşidəcəksiniz... MARKETİNQ DƏRSLƏRİNDƏ öyrənəcəksiniz: • Marketinq və onun əhatə dairəsi ilə yaxından tanış olacaqsınız. • Məhsulun həyat dövrü konsepsiyası ilə bağlı geniş məlumat əldə edəcəksiniz. • Marketinqdə bazar fəaliyyətlərinin müştərilərə, rəqiblərə ya da məhsula yönəlik olduğunu və hansı konseptlə işləmək istədiyinizi təyin edəcəksiniz. • Bazar seqmentləşdirməsi və onun hansı prinsiplərlə böldüyünü , əlavə olaraq isə praktikadan misallarla tanış olacaqsınız • Bazar araşdırılması zamanı hansı üsullardan istifadə ediləcəyini biləcəksiniz. • Mövcud bazarın inkişaf strategiyaları haqqında ümumi məlumata bələd olacaqsınız. • Qiymət, Qiymət siyasəti və növləri ilə tanış olacaqsınız. • Distribyuter siyasəti, məkan seçimi. • Komunikasiya vasitələri haqda məlumat əldə edəcəksiniz. • Bütün əldə edilmiş biliklər üzrə tapşırıqlar (Case study) veriləcək və müzakirə ediləcək. Qeyd: 3 aylıq proqram çərçivəsində yuxarıda sadalanan və əlavə olaraq bir neçə istiqamət üzrə biliklərə yiyələnmiş olacaqsınız. Təlimçilər: “Azerfon” MMC-də strategik marketinq departamentində çalışan təcrübəli təlimçilərdir. SON QEYDİYYAT tarixi 5 fevral... Həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla davam edəcək. Dərslərin gedişindən asılı olaraq dərslərin sayı artırıla bilər. Dərsi uğurla bitirənlərə SERTİFİKAT təqdim ediləcək. Dərslər ödənişlidir : aylıq-100 AZN, tələbələr üçün 90 AZN, IB Club üzvləri üçün 80 AZN. Ətraflı məlumat üçün: Tel : (012) 480 34 61 (055) 238 40 03 E-mail: [email protected]/* */ Ünvan: Cəfər Cabbarlı 44, Caspain Plaza 1. 6-cı mərtəbə.

OXŞAR XƏBƏRLƏR