Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən "Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla icra edilib.
AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi gənclərin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolunu dərindən öyrənməsi, hüquqi və dövlətçilik biliklərini artırması, analitik və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirmək olub.
Üç günlük hakaton formatında keçirilən layihədə iştirakçılar tarixçi və hüquq ekspertləri ilə görüşüb, komandalar şəklində mövzular üzrə layihələr hazırlayıblar. Layihələrin təqdimatı və qiymətləndirilməsi nəticəsində qaliblər elan edilib və sertifikatlarla təltif olunublar.
Layihə gənclərin komanda işi, təqdimat və tədqiqat bacarıqlarını inkişaf etdirmək, vətəndaşlıq mövqeyini gücləndirmək və ictimai fəallığı təşviq etmək baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilir.













































