Gənclərin I Ümumrespublika Teatr Festivalı yekunlaşdı – FOTOLAR

Gənclərin I Ümumrespublika Teatr Festivalı yekunlaşdı – FOTOLAR
GƏNCLİK
10:51 02.12.2011
2407

Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Teatr Festivalının qala konserti keçirilib. Konsertdə eyni zamanda festivalın qalibləri açıqlanıb və onlar mükafatlandırılıb. AZXEBER.COM-un məlumatına görə, qala konsert “İgid əsgər möhkəm dayan” mahnısı ilə başlayıb. Konsertin aparıcıları 4 aydır davam edən festival barədə məlumat veriblər. Bildirilib ki, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən festivala 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqataladan və 8 paytaxt truppasından ümumilikdə 110 gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub. Təşkilat Komitəsi onlardan 12-sini seçilib. Həmin ssenarilərin hər biri ayrı-ayrı rejissorlar tərəfindən səhnələşdirilib. Festival çərçivəsində ölkədə ilk dəfə yaradıcı Art Kamp keçirilib. Festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - fikri festivalın devizi kimi seçilib. Tədbir Mahirə Əsədovanın “Mən azərbaycanlıyam” adlı sənədli filminin nümayişi ilə davam edib. Bakı Musiqi Akademiyasının tələbəsi Ramil Xələfov konsert boyu vətənpərvərlik mövzusunda olan mahnıları səsləndirib. Daha sonra festival qaliblərinin adları açıqlanmağa başlayıb. Qaliblər xalq artisti Amaliya Pənahova, teleaparıcı Nərgiz Cəlilova, rejissor Vaqif Əsədov, teatrşünas Aydın Talıbzadə və aktrisa Yaqut Paşazadədən ibarət münsiflər heyətinin rəyi əsasında 3 gün ərzində göstərilən 12 tamaşa arasından seçilib. Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil “Mühakimə” tamaşasındakı roluna görə, “Ən yaxşı aktyor işi” nominasiyasında qalib olub. Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş “El axtarışında” tamaşasındakı roluna görə, Yuğ Teatrının nəzdində fəaliyyət göstərən Gənc Təşəbbüslər Mərkəzinin üzvü Lamiyə Xəlilova “Ən yaxşı aktrisa işi” nominasiyasına layiq görülüb. Azər Cəfər “Ən yaxşı ssenari müəllifi” seçilib. Festivalın həvəsləndirici mükafatlarını azyaşlı uşaqlar qazanıb – 12 yaşlı Ayla Qasımzadə və Zaqataladan gələn Elnur Aslanov. Tədbirin həyəcanlı anları üç yerin qalibinin adları açıqlanan zaman yaşanıb. Beləliklə, “Q.A.T.A.R” yaradıcılıq studiyası “Qisasın rəngi” tamaşası ilə müsabiqənin birincisi (1500 AZN) elan olunub. Slavyan Universitetinin “Totem” yaradıcılıq studiyası ikinci (1000 AZN), Mingəçevir xalq yaradıcılıq teatrı isə üçüncü yerə (750 AZN) layiq görülüb.

Sonda isə festivalın icraçı direktoru Ramil Ağasiyev festival iştirakçılarının Azərbaycan prezidenti cənab İlham Əliyevə olan müraciətini səsləndirib. Ramil Ağasiyev müraciətin ardından bir daha hər kəsə dərin minnətdarlığını bildirib və qalibləri təbrik edib. Qeyd edək ki, Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Teatr Festivalının informasiya dəstəyi AzTV, Lent.az İnformasiya agentliyi və azxeber.com xəbər portalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib