'Gənclərin İnkişafına Dəstək' İctimai Birliyi 20 yanvar şəhidlərini yad etdi

GƏNCLİK
19:55 20.01.2013
1623
"Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi "Atatürk" mərkəzində "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans təşkil etdi.AZXEBER.COM-un məlumatına görə, konfransı "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri İlkin Abdiyevin giriş sözü ilə açıq elan etdikdən sonra "20 Yanvar" şəhidlərinin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra İlkin Abdiyev sözünə davam edərək, "1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın azadlıq, müstəqilliyi üçün yol açdılar" deyə fikirlərini böşdü.

Konfrans ardıcıl olaraq qonaqların "20 Yanvar" faciəsi ilə bağlı çıxışlarıya davam etdirildi. Qeyd edək ki, konfransda İctimai Birliyin idarə heyyəti ilə yanaşı görkəmli tarixçilər, siyasi xadimlər və fəal gənclər də iştirak etdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR