İqtidarı və müxalifəti dəstəkləyən gənclərin sözdavası bu dəfə özünü repdə göstərib.
AZXEBER.COM xəbər verir ki, haqqın.az saytında iqtidara qarşı dərc olunan repdən sonra Zevs ləqəbli rep oxuyan müxalifətdə olan gənclərə repiylə sərt cavab verib.
Repçi müxalifətdə olan bir sıra gəncləri sapı özümüzdən olan baltalar, xaricdən gələn qrantlara işləyən adlandıraraq, onları fərarilikdə ittiham edib.
AZXEBER.COM iqtidar dəstəkləyən gənclərin müxalifətə cavabını təqdim edir: