'Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində' başladı

GƏNCLİK
13:00 17.06.2013
1925

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 17 iyun – 21 iyun 2013 – cü il tarixləri arasında “Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihəsi keçiriləcəkdir.

Layihənin açılış mərasimi 17 iyun 2013 –cü il tarixində saat 12:00 da İçəri şəhər Qoşa Qala küçəsi 47 ünvanında yerləşən “Shah Palace” da keçiriləcək.

Açılış mərasimində millət vəkillərinin, tanınmış media nümayəndələrinin iştirakı gözlənilir.

50 nəfər aktiv gənci bir araya gətirəcək5 gün müddətində davam edəcək layihədə yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyərləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər layihənin əsas predmeti olacaqdır.

Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihəsinin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

OXŞAR XƏBƏRLƏR