“Gənclərin uğur siması” təlimləri davam edir - FOTOLAR
MEDİA
16:53 18.01.2016
1882
“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması adlı layihə uğurla davam edir. Tələbələrlə görüşə tez-tez maraqlı insanlar, qonaqlar dəvət olunur.AZXEBER.COM-un məlumatına görə, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin rəhbəri Şamil Məhərrəmov tələbələri vətəndaş jurnalistikası təlimlərinə cəlb etməklə onların cəmiyyətdə düzgün fikirlərinin formalaşdırılmasına yardımçı olur. Bunun üçün məhz jurnalistikanın müxtəlif sahələrindən olan peşəkarları cəlb edir.Layihə vətəndaş jurnalistikasının hərtərəfli öyrənilməsini təmin edir. Yerli mətbuatla yanaşı xarici medianın da fəaliyyətini özündə cəmləşdirir. Xarici mətbuatla birgə işləyən “Thomson Reuters” İnformasiya Agentliyinin əməkdaşı İsgəndər Qənbərov təlim iştirakçılarını xarici medianın iş prinsipi ilə tanış edib. İlk olaraq jurnalist və operatorların təhlükəli çəkilişlərdə informasiya toplamaq bacarıqlarından danışıb. Bəzi media işçilərinin bu informasiyalar həyatı bahasına başa gəlib. 12 illik televiziya təcrübəsi olan təlimçi vətəndaş jurnalistikasının qolu olan stringerlərin(həyatı bahasına görüntü çəkən) fəaliyyətinədə diqqət çəkib. Dağlıq Qarabağ müharibəsidə iştirak edən, gənclərin tanımadığı stringerlər haqqında da tələbələri məlumatlandırıb və tələbələri maraqlandıran sualları cavablandırıb.Gənclərə vətəndaş jurnalistikasında böyük rol oynayan fotoların düzgün çəkilmə qaydalarını isə fotojurnalist Vüqar İbadov öyrədib. Vüqar İbadov fotojurnalistikanın sirlərini və öz təcrübəsini bölüşüb. Onun fikrincə, peşəkar fotojurnalist daim axtarışda olmalı, kadrı vaxtında çəkə bilməli, hər hansı hadisə yerində müəyyən çərçivələri nəzərə almalıdır.Fotojurnalist dəyirmi masada vətəndaş jurnalistikası ilə bağlı hadisə yerindən çəkdiyi fotoları gənclərə nümayiş etdirib. Növbəti görüş üçün maraqlı məqamları kadra almaları tapşırığını verib.5-ci təlimdə daha bir peşəkar,Region televiziyasının əməkdaşı Leyla Abbasova vətəndaş jurnalistikası və televiziya işi mövzusunda təlim keçib, öz televiziya təcrübəsini bölüşüb. Təlim iştirakçılarını hadisə yerində stand up-ın vaxtında və düzgün edilməsi, mövzuya uyğun müsahiblərin seçilməsi, onlarla düzgün ünsiyyətin qurulması yolları haqqında məlumatlandırıb. Təlimçi sonda vətəndaş juralistikası ilə məşğul olanların yalnız problemləri nümayiş etdirməyi deyil, foto və videolarında həmin problemlərin sivil qaydada həll oluna biləcəyinə dair nüanslara toxunmalı olduğunun vacibliyini vurğulayıb. Artıq bir neçə təlimin keçirilməsinəı baxmayaraq layihə geniş auditoriya toplaya bilib.