‘Gənclərin Yeni Media Forumu’ keçirildi - FOTOLAR

‘Gənclərin Yeni Media Forumu’ keçirildi -  FOTOLAR
GƏNCLİK
13:56 25.07.2013
2897

23 iyul 2013 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən "Gənclərin Yeni Media Forumu” keçirilmişdir.

Beynəlxalq Ticarət Mərkəzinin konfrans zalında baş tutmuş açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyini sədri İmaməddin Quliyev, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə, Media Akademiya layihəsinin rəhbəri Nərmin Balayeva və bir sıra QHT nümayəndələri və tanınmış media orqanlarının nümayəndələri iştirak etmişdir.

İlk olaraq Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək layihəni açıq elan edib.

Qonaqlar da öz növbəsində iştirakçıları salamlayıb, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsini əhəmiyyətli olduğunu hesab etmiş və gənclərə uğurlar arzuladılar. Mərasim qonaqların çıxışı və suallarıncavablandırılmasıilə davamedib.

100 nəfər aktiv gənci bir araya gətirən "Gənclərin Yeni Media Forumu” yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər forumun əsas predmeti oldu və müxtəlif mövzuları əhatə edən panellər keçirildi. Qonağlar öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.

Forumun ilk panelinin qonaqları taınınmış yeni media sahəsi üzrə ekspertlər olan “1news.AZ” İnformasiya Agentliyinin direktoruRəhman Hacıyev və Mətbuat Şurasının, İnternet Media üzrə komissiyanın sədri Elnur Baimov olmuşdur. Qonaqlar iştirakçılarla “Xəbər - klassik və yeni media” mövzusunda söhbət aparıblar. Panel maraqlı müzakirələr şəraitində davam edərək sonda ekspertlər iştirakçıların sualları cavablandırmış və onlara öz məsləhətlərini veriblər.

Günün ikinci yarısında keçirilən Yeni Mediada beynəlxalq təcrübə adlanan 2 –ci panelin qonaqları "Zaman- Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünal, "AJN" ( Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin) təsisçisi Ayaz Mirzəyev və beynəxalq əlaqələr üzrə koordinatoru Anar Qaraxançallı olmuşdur.

“Gənclərin informasiya təminatında yeni medianın rolu” adalan 3 – cü panel isə gənclər təşkilatların rəhbərlərinin : Rauf Mərdiyev (“İRƏLİ” İctimai Birliyinin sədri ), Ramin Həkimov ( ASAIF “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” nun sədri), Anar Tahirov (Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri), Gülsel Səfərova (AGAT sədr) və İmaməddin Quliyev (Azərbaycan Könüllülər İctimai Birliyinin sədri ) iştirakı ilə baş tutub.

Günün son paneli “Sosial medianın həyatımızda rolu (Facebook, Twitter, bloqlar, instagram)” mövzusunda olmuşdur. Bu paneldə ekspert olaraq iştriak edən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayıs Musayev, “Aztagram.com — Instagram Azerbaijan” layihəsinin həmtəsisçisi və ideya müəllifi Fərhad Ələkbərov və Myvideo.az videoportalının layihə rəhbəri Hüseyn Hüseynzadə öz təcrübələrini iştirakçılarla bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.

Forumun sonunda bağlanış mərasimi keçirilib və layihə iştirakçıları şəhadətnamələrlə təltif olunublar və onlarla xatirə şəkili çəkilib.

Xatırladaq ki, “Gənclərin Yeni Media Forumu” nun keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarət idi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib