"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu

"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu
SOSİAL
12:36 14.07.2017
7159
Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.
 
AZXEBER.COM-un xəbərinə görə, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.
 
Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.
 
qaynarinfo
OXŞAR XƏBƏRLƏR