“Gənclik Mall”da insanlar təxliyyə olundu

SOSİAL
18:04 08.08.2016
7323
“Gənclik Mall”da insanlar təxliyyə edilib.
Bu barədə sosial şəbəkədə hazırda ticarət mərkəzində olanlar məlumat paylaşıb. Onlar ticarət mərkəzinin siqnalizasiya sisteminin işə düşdüyünü qeyd ediblər.
Bildirilib ki, insanların narahat olmasına əsas yoxdur: “Bu sadəcə bir təlimdir. Bu cür təlimlər vaxtaşırı keçirilir. Hazırda bütün mağazalar açıqdır. İnsanlar da ticarət mərkəzində alış-veriş edirlər”.
///“Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR