Onlara malların toplanması üçün 1 saat vaxt verilib.
Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin “Gənclik” stansiyasının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər.
Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.
Bakı Metropolitenindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.