“GəncLİK” proqramının bağlanış mərasimi keçirildi - FOTO

GƏNCLİK
17:54 02.11.2021
3859

Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən 2019-cu ildən etibarən təşkil olunan "GəncLİK” (Liderlərin İnkişafı Konsepsiyası) proqramının bağlanış mərasimi baş tutub.

Proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasında seçilən 30 gənc lider layihə müddəti çərçivəsində "Komanda quruculuğu”, "Liderlik və menecment”, "Strateji idarəetmə”, "Rəqəmsallaşma və innovasiya”, "Gənclər siyasəti” mövzuları olmaqla, ümumilikdə 18 mövzuda yerli və xarici mütəxəssislərlə 3 aylıq təlimlərə cəlb olunub, dövlət qurumlarının və özəl qurumların rəhbər şəxsləri ilə görüşlərdə olub, müxtəlif səfərlərdə iştirak ediblər.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini  Ceyhun Salmanov, Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Natiqlər çıxışlarında proqramı müvəffəqiyyətlə başa vuran gənc liderləri təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı zəfərin əldə olunmasında gənclərin rolundan bəhs edərək, "GəncLİK” proqramının müxtəlif istiqamətlərdə həyata keçirilən digər layihələr kimi gənclərin bütün sahələrdə  inkişafını dəstəkləyərək onların yeni bilik və bacarıqlar əldə etməsi məqsədi daşıdığını vurğulayıblar. Proqramın bir neçə iştirakçısının da Vətən müharibəsi iştirakçısı olduğu xüsusi vurğulanıb.

Proqram çərçivəsində gənc liderlərin karyera yüksəlişi təşviq olunub, bacarıqları ilə fərqlənən və təlimləri uğurla yekunlaşdıran namizədlər rəhbər vəzifələrə təyinat alıb və digər karyera yüksəlişinə nail olublar. Çıxışlarda "GəncLİK” proqramının gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardan biri olduğu qeyd edilib, layihəni uğurla başa vuran gənc liderlərin bundan sonra da dövlət gənclər siyasətinə böyük töhfələr verəcəklərinə inam ifadə olunub.

Uğurla başa çatan proqramın növbəti dəfə keçirilməsi planlaşdırılır və müraciətlər üçün elan yaxın zamanlarda veriləcək.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb