Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
18:39
***
Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.
Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.