General göstəriş verdi, yol polisi hərəkətə keçdi - Azərbaycanda ilk

General göstəriş verdi, yol polisi hərəkətə keçdi - Azərbaycanda ilk
SOSİAL
14:07 04.01.2018
13598
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
 
AZXEBER.COM avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib. Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar. 
 
Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub. Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.
 
Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.
 
Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
 
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xırdalanda avtobus çuxura düşdü - VİDEO
11:48 26.11.2026
Xırdalanda avtobus çuxura düşdü - VİDEO
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur