General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE

General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
SOSİAL
14:43 07.11.2026
48
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib.
 
AZXEBER.COM rütbə verilən hərbçi ilə bağlı bəzi məlumatları təqdim edir.

General-leytenant rütbəsinə yüksələn Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur. Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub.

Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında  təyyarəçilərə öndərlik edib. 7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, həmin Sərəncamla polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə, Telman Əsgər oğlu Hüseynova general-mayor rütbəsi verilib.
OXŞAR XƏBƏRLƏR