Generallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEO

SİYASƏT
16:55 20.09.2021
1058
Sentyabrın 20-də "Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.

Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.

Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. Bölmələr cavabdehlik sahəsində axtarış tədbirləri, aşkarlanan obyektlərin nəzarətə götürülməsi, şərti düşmənin idarəetmə məntəqələrinin məhv edilməsini yüksək peşəkarlıqla yerinə yetiriblər. Artilleriya və aviasiya atəşlərinin idarə olunması məqsədilə koordinatların verilməsi, həmçinin aviasiya vasitələrinin dəstəyi ilə digər tapşırıqlar da icra olunub.

Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

Müdafiə naziri bildirib: "Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən  xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə Respublikasına və Pakistan İslam Respublikasına minnətdarlığını bildirən Müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.

Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!” olduğu diqqətə çatdırılıb.

Sonda təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - Müdafiə Nazirliyindən açıqlama