"Get, buynuzunu başqasının çomağına sürt" - Ramalın cavabı gecikmədi

"Get, buynuzunu başqasının çomağına sürt" - Ramalın cavabı gecikmədi
MAQAZİN
23:31 12.08.2018
3849
"Bir el misalı var: "Hamıya it hürəndə, mənə də çaqqallar uluyar".
Bu sözləri müğənni Ramal İsrafilov ötən gün onu döyməklə hədələyən Niyam Səlami haqda deyib. Həmkarını tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib:

"Mənim insanlığıma, sənətimə, xasiyyətimə qiymət verəcək ən son adam sənsən. Hələ ki, efirdən dərs keçəcək statusda deyilsən. Efir mədəniyyətini də səndən öyrənəcək adam deyiləm. Nəyə ixtiyarım, haqqım çatır, buna sən yox, mən qərar verirəm. Öncə haqqı öyrən, sonra kimin haqlı olduğunu öyrənərsən".

İfaçı Niyama aşbaz deməklə onu təhqir etmədiyini bildirib:

"Efirdən birinə aşbaz demək təhqir yox, hərəni öz adı və peşəsi ilə çağırmaqdır. Müsahibəmdə dediklərimi təhqir hesab edirsənsə, buyur, ver məhkəməyə, amma efirdən təhdid eləmə. Unutma ki, efirdən deyilən hər bir təhdid cinayət işinin başlanması üçün sübutdur".
 
Ramal Niyama mahnı verməsi məsələsinə də toxunub:

"Deyirsən ki, sənə mahnı vermişəm. Bəli, "Sənə haram əllər dəymiş" adlı mahnıdır. Elə o mahnı da sənə haram olsun. Sənə mahnını hədiyyə etmişəm, pulla satmamışam. Mahnı hədiyyə edən bəstəkarmı müğəniyə hörmət etməlidir, yoxsa, hədiyyə alan sənin kimi oxuyançılarmı pulsuz mahnı aldığı bəstəkara? Mədəniyyəti və tərbiyəsi olan kəs, əlbəttə ki, hədiyyə verən bəstəkara dəyər verməlidir. Yoxsa sənin kimi çıxıb efirdə şəklimi yerə tullayıb, səviyyəsiz müsahibəyə yol açacaq ifadələr işlətməzdi. Amma səni də qınamıram. Hər kəs öz səviyyəsinə görə danışa bilir, nə az, nə də çox".
 
Səlaminin "Ramal ağzına gələni danışır" sözlərinə isə sənətçi belə reaksiya verib:

"Səndən fərqli olaraq, mən ağzıma gələni yox, ağlıma gələni danışıram. Bunu anlamaq üçün də gərək səndə ağıl ola. Bu gedişlə, çətin ki, dediklərimdən baş açasan. Mövlanənin gözəl sözü var: "Bir cümlə yetər sözdən anlayana, dastan yazsan təsir etməz sözdən anlamayana". Çox şükür, kiminsə qarşısında üz-üzə gələndə utanılacaq işim yoxdur. Nə işim varsa, səninkindən azdır ki, çox deyil. Hələ ki, sən o adam deyilsən üzünə baxmağa üzüm olmaya. Bəli, səndən fərqli olaraq, mən sadəcə mahnı ifa etmirəm, bəstəkaram, yemək bişirməyi də bilirəm, lazım olanda özüm öz stilistliyimi də edirəm. İndi sənin istedadsız olmağının günahkarı mənəm? Get, buynuzunu başqasının çomağına sürt. Cahil insan davul kimidir, səsi çox çıxır, amma içi boşdur. Boş adamlara deyəcək sözüm bu qədər".
///Axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB