Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir

Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir
SOSİAL
14:30 30.08.2017
5959

Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə publika.az-a Balakən rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva məlumat verib.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumları ilə söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır”.

G.Əfəndiyeva bildirib ki, qız başına gələnləri tam dərk etmir, o, sadəcə, suallara cavab verir: "Qızın özündən iki yaş böyük bir bacısı var. Onlar uşaq olanda atası bunları atıb gedib. Daha sonra anası həmin qıza təcavüz edən şəxslə qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdən onun bir oğlu var. Qızla söhbət apardıq, o, sadəcə, sualları cavablandırır, başına gələnləri tam anlamır. Hadisəni təfərrüatı ilə danışdı. Qızın anası kafe işlədir, ögey atası isə işi olanda gedir, olmayanda uşaqların yanında qalırmış. Bir gün qız ögey atası ilə evdə tək qalanda hadisə baş verib. Həmin vaxt bacı-qardaşı anasının yanında olub. Sonra da həmin şəxs qızı bu barədə başqalarına dediyi halda, onu öldürəcəyi ilə təhdid edib. 

Qız da qorxub, heç kimə deməyib. Bir neçə gün əvvəl uşaq xəstə olub, ailəsi başqa problem olduğunu düşünüb. Həkimə müraciət edəndə, müayinədən sonra uşağın hamilə olduğu müəyyən edilib. İndi də uşaqda qorxu hissi qalıb. Anası isə bu müddət ərzində qızının ögey atasından qorxması, ya da həmin şəxsin qızına münasibətində dəyişiklik hiss etmədiyini deyib. O, hadisəni eşidəndən şokdadır”.

Artıq qıza təcavüz edən ögey ata Şindiyev Elçin Qədir oğlu ilə bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Varlı olmaq potensialı olan 4 BÜRC
11:49 24.06.2025
Varlı olmaq potensialı olan 4 BÜRC
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
11:47 24.06.2025
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
11:45 24.06.2025
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
11:28 24.06.2025
Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Həddini aşan həmkarımı çəkiliş meydançasında döymüşəm" - Pərvindən etiraf
11:27 24.06.2025
"Həddini aşan həmkarımı çəkiliş meydançasında döymüşəm" - Pərvindən etiraf
Kartlardan 11 min manatdan çox pul oğurlandı
11:22 24.06.2025
Kartlardan 11 min manatdan çox pul oğurlandı
İsrail hava məkanını açdı
11:19 24.06.2025
İsrail hava məkanını açdı
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
11:06 24.06.2025
"Get cazını oxu, Fikrət Əmirova toxunma!" - Sevda Ələkbərzadəyə irad
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
11:03 24.06.2025
"Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub" - Nazir
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
10:57 24.06.2025
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb