‘Gilan’ın Bakıdakı ofisinə basqın - 60 min manat aparıldı

KRİMİNAL
10:24 04.07.2014
2945

Bakıda məşhur şirkətə basqın olub. “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb.

Cinayət ötən gecə saat 04 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib. 

AZXEBER.COM xəbər verir ki, Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60000 manat, 4 000 dollar olan seyfi aparıblar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır. 

 

OXŞAR XƏBƏRLƏR