Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO

Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO
SOSİAL
00:50 08.08.2026
149
Qaxın İlisu kəndindəki Ramramay şəlaləsinə giriş pullu olub. Bunun qarşılığında şəlaləyə qalxan yolun vəziyyəti isə narazılıq yaradır.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, hazırda milli parklara giriş hər bir ziyarətçi üçün 2 manatdır.

Avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə bir saat üçün 50 qəpik, gündəlik 5 manat ödəniş müəyyənləşdirilib. İmtiyazlı şəxslər və məktəb şagirdləri üçün isə giriş pulsuzdur. Ancaq Ramramay şəlaləsinə gedən turistləri və sürücüləri giriş haqqı ilə yanaşı, yolun vəziyyəti də narahat edir.

Şəlaləyə aparan yolun böyük hissəsi yararsız vəziyyətdədir. Yolun bəzi hissələrində adi minik avtomobili ilə hərəkət etmək mümkün deyil. Bu səbəbdən turistlər xüsusi avtomobillərdən istifadə etməli olurlar.

Maraqlidir, bəs 14 min hektarlıq ərazini əhatə edən İlisu Milli Parkında neçə girişə belə şlaqbaum qoyulub? Niyə məhz Ramramay şəlaləsinə gedən hissədə giriş məhdudlaşdırılıb?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun olaraq bilet sistemi vasitəsilə tənzimlənir. Milli Park ərazilərində tətbiq olunan ödənişlər xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasına biomüxtəlifliyin  mühafizəsinə, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanmasına yönəldilir. İlisu Milli Parkı yeni yaradılıb. Hazırda burada fəaliyyətin səmərəli təşkili, infrastrukturun daha əlverişli vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır və gələcəkdə də bu istiqamətdə ardıcıl zərurli adımlar atılacaq.


OXŞAR XƏBƏRLƏR