“Giveaway”larla bağlı dövlət qurumlarına müraciət edildi: Camaatı aldadırlar

“Giveaway”larla bağlı dövlət qurumlarına müraciət edildi: Camaatı aldadırlar
MAQAZİN
23:41 22.06.2020
3379
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev sosial şəbəkədə "Giveway" adlı yarış keçirib, insanları aldadanları sərt tənqid edib. 
 
AZXEBER.COM xəbər verir ki, o, yarış adı ilə insanların aldadıldığını deyib: 
 
"Tanınmışlar inciməsinlər. İndi də insanları "Giveway"-la aldadırlar. Başqa vaxt bəzi qurumlar tez əl-ayağa düşürlər. Amma indi instagramı bu oyunun əlindən açmaq olmur. Bir yoxlayın görün insanları niyə bu qədər aldadırlar. Bir-ikisini tutub, cərimələsələr, başqaları da aldatmaz"

Qeyd edək ki, son günlər "giveaway”larla bağlı kütləvi şikayətlər sosial şəbəkədə yayılıb. Aldadılan şəxslər paylaşımlarla diqqəti bu məsələyə cəlb etmək istəyir, onlardan bəziləri dövlət qurumlarına da müraciət edib. 

Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR