“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi

“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
TOP4
14:26 09.12.2020
754

30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad olunması, erməni işğalçılarının torpaqlarımızdan qovulması xalqımızın ən böyük arzusu idi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə xalqımızın 30 illik həsrətinə son qoydu.

Ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərib. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olub, sağlamlığını itirib. 

Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim Prezident İlham Əliyevin siyasətinin əsas tərkib hissəsi olub. 

Bu siyasəti dəstəkləmək, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin daim diqqətdə saxlamaq vətəndaş cəmiyyətinin də borcudur. 
Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, şəhid ailələrinin və qazilərimizin zəruri ehtiyaclarının təmin edilməsi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım göstərilməsində həmrəylik nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. 

"Global Media Group”un işçi heyəti yetkinliklə Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək, "YAŞAT” Fonduna 2020-ci ilin dekabr ayından başlayaraq maaşlarından 1% köçürülməsi barədə qərar qəbul edib. Bu təşəbbüs daimi xarakter daşıyacaq və hər ay davam edəcək. 

"Global Media Group” bütün qurumları bu təşəbbüsə qoşularaq Vətənimizin azadlığı uğrunda şəhid olanların ailələrinə və qazilərimizə dəstək olmağa cağırır!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antalyada zəncirvari qəza: 26 yaralı
12:52 01.07.2025
Antalyada zəncirvari qəza: 26 yaralı
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
12:48 01.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi