Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma

SOSİAL
13:24 09.09.2024
1468
Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple” şirkətinin kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. 
 
Tələbə şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
 
Bəs, Gömrük Komitəsi tələbədən bu rüsumu nəyə əsasən alıb?
 
Komitə vergi rüsumlarını, sözün əsl mənasında desək "əl yandıran” qiymətləri hansı əsaslarla tətbiq edir?
 
Mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, buna səbəb gömrük orqanlarının öz işinin fəlsəfəsini dəqiqliklə anlamamasıdır:
 

 

"Azərbaycanda müstəqillik əldə ediləndən bəri iş adamlarının, insanların ən çox narazı qaldığı orqanlardan biri Gömrük Komitəsidir. Azərbaycan iqtisadiyyatında dərin problemlərin yaranmasına səbəb olan orqan da məhz gömrük orqanlarıdır. Çünki gömrük öz işinin fəlsəfəsini dəqiqliklə anlamır, buna görə də işi qura bilmir. Gömrüyün əsas funksiyası ölkəyə gələn mallardan çox az, bildi-bilmədi rüsumlar almaq demək deyil. Gömrüyün əsas işi, tarixən yaranma səbəbi ondan ibarətdir ki, daxili bazarı və istehsalı qorusun. Əgər Azərbaycanda daxili istehsal yoxdursa, həmin sahələrdə yüksək gömrük rüsumlarının tətbiqi absurddur. Azərbaycanda telefon istehsalı yoxdursa, buna çox yüksək gömrük rüsumu tətbiq etməyin nə mənası var? Bu artım daxili istehsalçını qoruyacaq? Təbii ki, xeyr. Çünki daxildə belə istehsalçı heç yoxdur. Ona görə də gömrük fəlsəfəsi kökündən dəyişdirilməlidir. Ümumən, gömrüyün ayrıca müstəqil qurum kimi qalmasının da əhəmiyyəti yoxdur. Gömrük orqanlarının bir departament kimi ya İqtisadiyyat Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tərkibində olması daha doğru qərar olardı. Bir sözlə, gömrük orqanları ölkədə görünməz şəkildə fəaliyyət göstərməlidir, nəyisə göstərəcək şəkildə deyil".
 
Məsələyə fərqli münasibət bildirən iqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, Gömrük Komitəsinin tələbədən aldığı rüsum tam qanunidir:
 

 

"Bu, normal prosedurdur. Tutaq ki, bir nəfər əməkhaqqını yığır-yığır, gedib xaricdən "Apple" markalı hansısa məhsulu alır, həmin şəxsə bu vergi tətbiq olunur, sizə eyni məhsul mükafat olaraq göndərilirsə buna vergi tətbiq edilməməlidir? Bu cür məsələlər bir qədər emosiyaları istismar edir. Ölkənin gömrük qanunvericiliyində göstərilir ki, vətəndaş Azərbaycandan digər ölkəyə gedərkən 800 dollar məbləğində əşya, məhsulu vergisiz keçirə bilər. Bu məbləğdən yuxarı məhsullar üçün Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməlidir. İkincisi, biz 300 dollara qədər onlayn ticarət edib, vergisiz, rüsumsuz bu məhsulları əldə edə bilərik. Dediklərimin hamısı güzəşt məbləğləridir. Hər kəsə şamil edilir. Buradakı vergilər, rüsumlar dövlət büdcəsinin hesabına köçürülür. Bu ödənişlər isə təhsilə, səhiyyəyə, orduya, sosial xərclərə xərclənilir. Ondan vergi alınmasın, bu vergi verməsin. Bəs vergini kimlər verməlidir?
 
İqtisadçı ekspert əlavə edib ki, ölkədə hər kəs vergi ödəməlidir:
 
"Sözsüz ki, yanlış yanaşmadır. Əslində, ən çox elə mükafat, hədiyyələrə görə vergi rüsumları tutulmalıdır. Pulun mənbəyinin hara olması da böyük əhəmiyyət daşımır. Yazılanlardan belə çıxır ki, bir milyon mükafat alan alim vergi ödəməməlidir, amma 345 manat minimum əməkhaqqı alan xadimə vergi ödəməlidir. Bu, doğru yanaşma deyil. Qanunla hər kəs vergi ödəməlidir".
 
Qeyd edək ki, məsələylə bağlı Dövlət Gömrük Komitəsi açıqlama verib.

Açıqlamada deyilir:
 
"Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple” markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.

Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.

Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır" - deyə vurğulanıb.

Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər