Gömrük Komitəsindən Türkiyədə saxlanılan gömrük-keçid məntəqəsinin rəisi ilə bağlı - AÇIQLAMA

SİYASƏT
13:12 18.12.2013
1848

Məsələ ilə əlaqədar komitə tərəfindən araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi Sədərək gömrük-keçid məntəqəsi rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı açıqala verilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəisi Natiq Axundovun verdiyi məlumata görə, məsələ ilə əlaqədar komitə tərəfindən araşdırma aparılır. O, araşdırma ilə bağlı mətbuata məlumat veriləcəyini bildirib. Qeyd edək ki, Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs olunub. Türkiyə mətbuatının yaydığı məlumatlarda Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanıldığı qeyd olunub. Belə ki, dünən Qarsa gedən Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkili Cinayatələrə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb. Azərbaycanın İqdırdakı konsulu Asiman Əliyev bu idarəyə gəlib. Türkiyə ilə Naxçıvan arasındakı Dilucu Sərhəd Məntəqəsində 280 polisin apardığı əməliyyatda 1-i qadın olmaqla 7 gömrük əməkdaşı saxlanılıb. Əməliyyatda həmçinin 10 nəqliyyat şirkətinin sahibi də həbs olunub. Hazırda əməliyyatla bağlı araşdırmalar başlanılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb