Gömrük postunda əməliyyat - Corablarından zinət əşyaları çıxdı– FOTO

SOSİAL
10:15 08.08.2016
1287
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumat görə, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR