Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO
SOSİAL
22:29 20.09.2026
113
Gömrükdən keçirilən bəzi malların bəyan edilməsi artıq daha sadə formada həyata keçiriləcək.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla "gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları"na dəyişiklik edilib. Yeniliyə əsasən, "qırmızı kanal" buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamənin təqdim olunmasına imkan verəcək. Bu bəyannamə həm kağız üzərində yazılı, həm də elektron formada təqdim edilə bilər.

Dəyişiklik fiziki şəxslərin şəxsi baqajında apardığı bəzi mallara da şamil edilir. İstehsal və ya kommersiya məqsədi daşımayan, lakin yazılı şəkildə bəyan edilməli olan mallar əl yükündə və müşayiət olunan baqajda keçirildikdə sadələşdirilmiş bəyannamə təqdim olunacaq.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR