“Gobustan Trail 2022” cığır qaçışı keçirilib

“Gobustan Trail 2022” cığır qaçışı keçirilib
İDMAN
14:53 25.04.2022
602
Dağçılıq İdman Klubu və Qobustan Milli Tarix-Bədii Qoruğu birgə təşkilatçılığı ilə 24 aprel tarixində "Gobustan Trail 2022” cığır qaçışı keçirildi.
 
AZXEBER.COM xəbər verir ki, son zamanlar inkişaf etmiş ölkələrdə treylranninq (Trail running) adlı yarış növü populyarlaşıb. Bu, təbii relyef, o cümlədən, dağlarda qaçış deməkdir.
 
Qobustan Milli Tarixi-Bəbii qoruğunda ilk dəfə olaraq keçirilən "Gobustan Trail 2022” çığır qaçışı sağlam həyat tərzinin təbliği, idmanın inkişafına dəstək, Qobustanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu nəzərə alaraq tariximizin bir parçasını gələn qonaqlara nümayiş etdirmək, ictimai diqqəti artırmaq, ianəçilik mədəniyyətinin təşviq olunması və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
 
"Gobustan Trail 2022” cığır qaçışı Qobustan Dövlət Tarix-Bədii Qoruğun ərazisində baş tutdu. Yarış iştrakçıları tərəfindən "Qırmızı Ürəklər” Fonduna ianələr edilib. Muzey binasının önündən start götürən yarış 11.5 və 23 kilometrlik məsafəni əhatə edərək muzey binasının önünüdə də başa çatıb. Yarışda Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayıb-işləyən Çin, Türkiyə, Hollandiya, İngiltərə, Ukranya, Qazaxıstan, Rusiya və digər ölkələrin vətəndaşlarıda iştirak edib.

Kişilər arasında 11.5 kilometrlik finiş xəttini birinci Namiq Əsədov, 23 kilometrlik finiş xəttini Cəlal Süleymanov keçib. Qadınlar arasında isə 11.5 kilometrlik finiş xəttini birinci Rhian Tazioli, 23 kilometrlik finiş xəttini Anna Yusubova keçib. Yarışın finiş xəttində mükafatlandırma mərasimi həyata keçirilib. Qaçışı tamamlayan bütün iştirakçılara medallar və qaliblərə "Qırmızı Ürəklər” Fondu tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
OXŞAR XƏBƏRLƏR