"Google" şirkəti 18 Oktyabr - Azərbaycan Milli Müstəqillik Günü ilə bağlı xüsusi "doodle" hazırlayıb
"Google" şirkəti 18 Oktyabr - Azərbaycan Milli Müstəqillik günü ilə bağlı xüsusi "doodle" hazırlayıb. "Doodle"da Azərbaycan gerbi, bayrağın rəngləri əks olunub. Hazırlanan "doodle"u yalnız google.az İP-dən görmək mümkündür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.