"Google" builki qazancını açıqladı: Süni zəka şirkətin gəlirlərini xeyli artırıb

"Google" builki qazancını açıqladı: Süni zəka şirkətin gəlirlərini xeyli artırıb
DÜNYA
13:31 26.07.2024
210
ABŞ-nin məşhur "Google" şirkəti 2024-cü ilin ikinci rübündə mənfəətini xeyli artırmağı bacarıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.
 
Açıqlamaya görə, şirkət bu ilin mart ayından ümumi gəlirini 85 milyard dollara çatdırıb. Şirkət birinci rübdə 80 milyard dollar gəlir əldə edib.

ABŞ şirkəti ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 14 faiz artırıb.

Şirkətin bu qədər yüksək gəlir əldə etməsinin səbəbləri arasında süni intellekt, reklamlar və axtarışlar var.

Qeyd edək ki, şirkətin bütün reklam satışlarından əldə edilən gəlir 11 faiz artaraq 64 milyard dollara çatıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR