Bununla bağlı İT mütəxəssisi Rauf Mərdiyev bloq yazısı yazıb. AZXEBER.COM həmin bloq yazını təqdim edir.
Azərbaycan dilində “Qarabağ” “Armenia” kimin tərcümə olunur günahını yanız Azərbaycan istifadəçilərindədir!
Google Transtatorda azərbaycan (eləcə də erməni) dilləri BETA versiya olduqları üçün istifadəçilər tərəfindən təkmilləşdirilir. Necə ki, istifadəçilər Wikiperida-da hansısa dildə məqalə yazır və ya kimsə Facebook-u hansısa dilə tərcümə edir, burada da eyni proses baş verir. İndiki halda hansısa erməni daxil olaraq tərcüməyə “Armenia” kimi daxil edib və hal-hazırda tərcümə bu formada göstərilir.
Bizim günahımız ondadır ki, biz vaxtında daxil olub bu tərcüməni birinci etməmişik.
Bizim günahımız ondadır ki, İnternet biliklərimiz çox zəifdir və onlar təkmilləşdirməyə həvəs göstərmirik.
Bizim günahımız ondadır ki, İnternet bilən uşaqlar 2 cəbhədə döyüşürlər – bir tərəfdən ermənilərlə, digər tərəfdən daxilimizdəki “ermənilər” – şərəfsiz manqurtlar və mutant bloqqerlərlə və çox təbii haldır ki, heç də hər zaman bütün məsələlərə lazım olduğu qədər diqqət yetirmək olmur.
Əslində bu problemin həll çox sadədir. Qısa vaxt ərzində kütləvi sayda istifadəçi tərcümədə dəyişiklik etməlidir. 400-500 nəfərin düzgün tərcümə əlavə etməsi işləri qaydaya salacaq.
Etməli olduqlarınız isə:
1. “Qarabağ” sözünü azərbaycancadan ingilis dilinə (və rus) tərcümə edin.
2. “Armenia” sözü yazılandan sonra o sözün üstünə klik edin. Şəkildə göstərildiyi kimi orda əlavə 2 “Qarabag” yazılmış 2 variant gələcək. Onlardan birinci yazılmış “Karabakh” variantını seçin. (rus dilində isə boş sahəyə “Kарабах” yazın). Nə qədər çox adam bunu etsə, yəni googla-a tərcümə üçün bu variantı təklif etsə, tərcümə həmin istiqamətdə dəyişiləcək.
Daha peşəkarlar isə Translator Toolkit-dən istifadə edə bilər.
Ümid edirəm ki, birgə səylərimiz nəticəsində problemi tezliklə həll edəcəyik.
Yardım üçün Ayaz Salmanova təşəkkürlər.
Rauf MƏRDİYEV