‘Google’dan daha bir yenilik

‘Google’dan daha bir yenilik
Bütün Xəbərlər
16:50 17.02.2012
2528

Oturduğumuz yerdən qalxmadan dünyanı ayağınıza gətirən “google” daha bir yenilik edib.

AZXEBER.COM-un məlumatına görə, “google” istifadəçilərinin küçə-küçə şəhərləri gəzə bilməsinə imkan yaradan "Street View" xidməti, bu dəfə də Yaponiyada bir mağaraya girib. Xitmət mağaradan çəkdiyi görüntüləri istifadəçilərlə paylaşıb. Bununla 1997-ci ildə UNESCO tərəfindən dünya mirası siyahısına alınan “Ivami Ginzan” mədən mağarasını tam fotoşəkillərlə istifadəçilərə təqdim edib.

Qeyd edək ki, "Google"un məşhur "Street View" xidməti, istifadəçilərin şəxsi həyatına müdaxilə etdikləri üçün bir çox ölkədə dəfələrlə məhkəməlik olub.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR