Goranboyda yol qəzası olub.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qızılhaclı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını 2011-ci il təvəllüdlü N.Həsənovanı və 2013-cü il təvəllüdlü F.Qasımovanı vurub.Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.