Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı

Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı
Bütün Xəbərlər
11:35 03.01.2015
976
Xilasedicilər meyiti xüsusi alət və avadanlıqların köməyi ilə çıxarıblar.
Bu gün Goranboy rayonunun Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) VAZ markalı minik avtomobilləri toqquşub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin, 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR