Goranboyda avtomobillər toqquşdu - Yaralılar var

SOSİAL
22:11 28.12.2024
147
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

"VAZ-21011” və "VAZ-21099” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ-21011” markalı avtomobildə olan Balakürd kənd sakinləri-Cəfərov Cavid Alım oğlu, onun sərnişini Abduləzimov Eşqin Samir oğlu və "VAZ-21099” markalı maşında olan Yeni Yol kənd saki Hüseynov Sənan Eldəniz oğlu xəsarət alıblar.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı arasdırma başlanılıb.

OXŞAR XƏBƏRLƏR