Goranboyda binanın döşəməsi çökdü - Xəsarət alanlar var

Goranboyda binanın döşəməsi çökdü - Xəsarət alanlar var
SOSİAL
10:08 23.11.2025
81
Goranboyda yaşayış binasının döşəməsi çöküb.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.

Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR