Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var
HADİSƏ
20:24 29.01.2026
728
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM xəbər verir ki, 2002-ci il təvəllüdlü E.Babayevin idarə etdiyi "VAZ 21010" ilə 1991-ci il təvəllüdlü N.İsmayılovanın idarə etdiyi "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.