Goranboyda iki bacını maşın vurdu

Goranboyda iki bacını maşın vurdu
HADİSƏ
20:36 28.08.2025
1027
Goranboyda avtomobil iki piyadanı vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxananaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qəzadan sonra "VAZ 2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR