Goranboyda maşın aşdı, sürücü yaralandı

Goranboyda maşın aşdı, sürücü yaralandı
HADİSƏ
09:07 11.11.2025
130
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, qəza rayonun Rəhimli kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü F.Məmmədov idarə etdiyi avtomobili yolun kənarına aşırdıb.

Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR