Goranboyda yük maşını aşdı, ölən var

SOSİAL
18:23 08.02.2025
182
Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Yuxarı Ağcakənd kənd qəsəbəsində qeydə olunub.

Belə ki, Qızılhacılı kənd sakini 30 yaşlı Yusif Orucov idarə etdiyi "Kamaz” markalı yük maşınını aşırıb.

Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

OXŞAR XƏBƏRLƏR