Goranboyda yük maşını traktora çırpıldı - Xəsarət alan var

Goranboyda yük maşını traktora çırpıldı - Xəsarət alan var
HADİSƏ
09:08 06.08.2025
199
Goranboyda yol qəzası baş verib. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kamaz "markalı yük maşını yol kənarında dayanan qoşqulu traktora çırpılıb. Qəza zamanı "Kamaz"ın sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR