GSM tərəfindən “Gənclərin karyera quruculuğu məktəbi” adlı layihə həyata keçirildi

GSM tərəfindən “Gənclərin karyera quruculuğu məktəbi” adlı layihə həyata keçirildi
SOSİAL
11:00 10.08.2024
151
24 - 29 iyul tarixləri aralığında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi”nin (GSM) təşkilatçılığı ilə "Gənclərin karyera quruculuğu məktəbi” adlı layihənin icrası baş tutub.

AZXEBER.COM xəbər verir ki, təlimlərdə bakalavr pilləsində təhsil alan tələbələrin üstünlük təşkil etdiyi 80-dən çox gənc iştirak edib.

Təlim kursu zamanı peşəkar təlimçi Natiq Xəlilov tərəfindən "Karyera planlanması”, "Peşəkar CV və motivasiya məktubunun hazırlanması qaydaları”, "Müsahibə bacarıqlarının inkişaf edilməsi” mövzulu təlimlər keçirilib.

Layihə çərçivəsində iki qrupa ayrılan iştirakçıların hər qrupuna üç, ümumilikdə altı qeyri-formal təhsil metodikası ilə interaktiv təlim keçirilib, GSM Analitik İşçi Qrupu tərəfindən hazırlanan "Gənclər üçün metodik vəsait” çap olunub.

7 avqust tarixində layihənin final görüşü keçirilib. GSM İdarə Heyətinin sədri Fidan Ağayeva və icraçı direktor Heydər Mizəyevin iştirakı ilə baş tutan görüş çərçivəsində həm metodik vəsaitin təqdimatı baş tutub, həm də ümumi layihənin iştirakçılarla birlikdə səmimi SWOT dəyərləndirmə müzakirəsi aparılıb. Sonda iştirakçılara sertifikatların təqdim olunması ilə layihəyə yekun vurulub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA