Güclü külək Bakıda iki ağacı aşırıb

Güclü külək Bakıda iki ağacı aşırıb
SOSİAL
11:31 04.07.2025
200
Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub.

Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.
OXŞAR XƏBƏRLƏR