Güclü külək Göyçayda ciddi fəsadlar yaradıb

Güclü külək Göyçayda ciddi fəsadlar yaradıb
Bütün Xəbərlər
11:47 04.12.2013
708

Ötən gün saat 16:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub.

AZXEBER.COM-un verdiyi xəbərə görə, rayon ərazisində 7-8 saatdan çox əsən güclü küləyin təsiri nəticəsində Göyçay rayonunun bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik və rabitə dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.İlkin məlumata görə, hazırda Göyçay rayonunun 30-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb.Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Belə ki, qonşuluqda tilikmiş evə yaxın bir dam örtüyünü yerindən çıxaraq qonşu evin üzərində atıb. Xoşbəxtlikdən evdə heç kimə xəsarət toxunmayıb. Amma otaqlar yararsız halda toz-torpağın içərisində idi.

OXŞAR XƏBƏRLƏR