Son aylar Ucar rayonunda elektrik enerjisinin verilişində ciddi problem yaranıb.
Yerli sakinlərin verdiyi məlumata görə, hava şəraitində bir qədər dəyişiklik olduqda, rayonda enerji verilişinin dayandırılması adi hal alır. Yaranmış problem isə 8-10 günə həll olunur ki, bu da abonentlərin ciddi narazılığına səbəb olur.
İki gün əvvəl rayon ərazisində əsən külək yenidən rayonun bir neçə kəndinə enerjinin verilişinin dayandırılmasına səbəb olub. Problem hələ də həll olunmadığından, dünən axşam saatlarına kimi, bu gün isə səhər saatlarından rayonun bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.