Güclü yağış və tufan can aldı

Güclü yağış və tufan can aldı
DÜNYA
11:42 11.04.2025
254
Hindistan və Nepalda güclü yağış və tufanlar nəticəsində ümumilikdə 92 nəfər həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi (IMD) məlumat yayıb.
 
Çərşənbə günündən yağan güclü yağış Hindistan və Nepalın bəzi bölgələrində daşqınlara səbəb olub. Hindistanın Bihar ştatında yağan güclü yağışlar nəticəsində azı 64 nəfər ölüb. Uttar Pradeş ştatında azı 20 nəfərin öldüyü bildirilir.
 
Milli Fəlakət Departamentinin məlumatına görə, qonşu Nepalda ildırım çaxması və güclü yağışlar nəticəsində ən azı 8 nəfər həyatını itirib.
 
Hindistan ərazisində güclü yağış və tufanların şənbə gününədək davam edəcəyi gözlənilir.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR