Gülər Əhmədova: "1-2 ilə Azərbaycanın heç təbii zirə pomidoru da olmayacaq”
Bütün Xəbərlər
00:59 29.10.2011
2099
“Azərbaycanda ildə 2-3 dəfə məhsul verən meyvə ağacları əkilir”Bunu millət vəkili Gülər Əhmədova “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Onun sözlərinə görə, əsasən də bu Dəvəçi və Siyəzən zonalarında əkilir. G. Əhmədova qeyd edib ki, bir tərəfdən çox böyük həvəslə və iqtisadi nailiyyət kimi qiymətləndirilir ki, çox yaxşıdır, səmərə verir, insanlar kifayət qədər pul qazanırlar, amma ikinci tərəfdən bunu hamı bilir ki, normal halda heç bir meyvə ağacı ildə 2-3 dəfə bar verə bilməz: “O, birmənalı şəkildə geni dəyişdirilmiş bitkilərdir və bu da o deməkdir ki, geni dəyişdirilmiş bitkilər bizim hamımızın evinə gəlir. Bu da həm özümüzün, həm də övladlarımızın səhhətinə çox ciddi şəkildə problemlər yaradır. Artıq Azərbaycanda bu proses gedir, toxumların alınmasında da bu proseslər var. Əsas göstərici budur ki, əladır, gözəldir, ildə 2-3 dəfə də məhsul verir. Amma bunun altında hansı dəhşətlər var?- mənə elə gəlir ki, biz hələ bu barədə fikirləşməliyik.