Gülər Əhmədova Azərbaycanı tərk edib?

Gülər Əhmədova Azərbaycanı tərk edib?
Bütün Xəbərlər
14:40 15.11.2012
1482

Sabiq deputat Gülər Əhmədovanın ölkəni tərk etdiyi barədə xəbər yayılıb.

AZXEBER.COM-un məlumatına görə, hüquq-mühafizə orqanlarından modern.az-a bildirilib ki, bu barədə onlarda məlumat olmasa da, qanunla eks-deputatın ölkədən çıxmasına qadağa qoyulmayıb.

Bakı Dövlət Universitetindən isə saytımıza deyiblər ki,Gülər Əhmədova bu ali təhsil ocağında müəllimlik fəaliyyətini davam etdirir.“O, sonuncu dəfə keçən həftə dərsində iştirak edib. Dərslərinə vaxtı-vaxtında gəlir, normal olaraq, tədrisdə iştirak edir”-deyə BDU-dan bildirilib.

Qeyd edək ki, Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəlliməsidir. O, universitetdə yarımştat işləyirG.Əhmədova məlum videoqalmaqalla bağlı deputat mandatından məhrum edilib.Respublika Prokurorluğu ABU-nun keçmiş rektoru Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.Gülər Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədri, “Mərkəz” qəzetinin baş redaktorudur.

OXŞAR XƏBƏRLƏR